Qarabağ nizamlanmasında irəliləyiş olacaqmı?

Tarix: 21.04.2010 09:22:10       Oxunub: 107
ATƏT-in Minsk Qrupunun yeni rusiyalı həmsədrinin adı məlum olub. APA-nın məlumatına görə, bu, İqor Popovdur.

İqor Popov aprelin 20-də səhər saatlarında əvvəlki həmsədr Yuri Merzlyakovla birlikdə Bakıya gəlib.

İqor Popov 1954-cü ildə anadan olub. 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis və portuqal dillərini bilir. 1981-ci ildən XİN sistemində çalışır.

Popov 2005-ci ildən Rusiyanın Mozambikdəki səfiri və 2006-cı ildən paralel olaraq Rusiyanın Svazilend Krallığında səfiri vəzifəsini icra edib.
Həmsədr kimi Azərbaycana son dəfə səfər etməsindən təəssüfləndiyini ifadə edən Yuri Merzlyakov isə Bakıda ciddi müzakirələr aparacaqlarını deyib. Amerikalı həmsədr Robert Bradtkenin bu gün günorta saatlarında Bakıya gələcəyi gözlənilir. Fransalı həmsədr Bernar Fasie isə bu dəfə Azərbaycana gəlməyəcək.

Görəsən bu təyinat Rusiyanın Minsk Qrupu çərçivəsində vastəçilik səylərinə necə təsir göstərə biləcək. Rusiyalı politoloq Sergey Markedonov bu suala belə cavab verdi:

- Açığını desək, bu təyinatı Qarabağ məsələsiylə bağlı Rusiya siyasətində nəyinsə dəyişəcəyi kimi yozmaq lazım deyil.
İqor Popov sırf peşəkar diplomatdır - o siyasətçi deyil. Misal üçün onu Vladimir Kazimirovla Yaxudda Metyu Brayzayla müqaiysə etmək düz olmazdı. Onlar ictimai fiqurlarıydı. İqor Popov ictimai fiqur deyil. Bu diplomatik praktikada adi olan rotasiyadır.

- Sizin sözlərinizdən belə çıxır ki, yaxın perspektivdə Qarabağ nizamlanmasında Minsk prosesi xəttiylə, hər halda Rusiya vasitəçiliyindən yeni güclü impulslar gözləməyə dəyməz?

- Mənə elə gəlir ki, Qarabağ nizamlanmasında irəlləyiş olsa - bu sıçrayış şəklində olacaq. Misal üçün Amerika və Rusiya diplomatları deyirdilər ki, Erməni -Türk nizamlanması, Azərbaycan - Ermənistan nizamlanmasıyla bağlı olmayacaq, amma gerçəklikdə bu 2 prosesin biri-biriylə bağlı olduğu bəlli oldu. Hazırda diqqət mərkəzinə yenidən qarabağ nizamlanması keçir. Lakin bu məsələdə irəlləyiş - tərəflərin kompromissə getməsindən asılı olacaq. Tərəflər isə hələlik kompromisə getmirlər.

Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009