Özbəkistanda qadınların zorla sterilləşdirilməsi həyata keçirilir

Tarix: 29.04.2010 08:32:04       Oxunub: 165
Özbəkistandan alınan dəlillərdən məlum olmaqdadır ki, əhali artımına nəzarət proqramının bir hissəsi kimi qadınların zorla sterilləşdirilməsi həyata keçirilir.

Məlumatlara görə, rayon klinikalarına bu əməliyyatı "effektiv kontraseptiv" kimi məsləhət görməyi əmr edilib.

27 milyonluq Özbəkistanın əhalisi sürətlə artmaqdadır.

Britaniyanın Sunday Times qəzetinin Moskva müxbiri Mark Françetti bu məsələni araşdırıb.

Lakin Özbəkistan ona ölkəyə gəlməyi qadağan edib.

O telefonla BBC-yə müsahibə aldığı bir özbək qadınının əhvalatını danışıb.

Gülbahar Zahidova yoxsul bir kəndlinin arvadıdır.O xəstəxanaya aparılıb, orada uşağ doğub.

Lakin körpə ölüb. Bundan sonra o yenidən hamilə qalmağa çalışıb, lakin alınmayıb.

Aylar keçəndən sonra əri ilə həkimə gediblər və həkim onlara deyib ki, doğum evində olarkən Gülbaharı sterilləşdiriblər. Özü də bu onun icazəsi və xəbəri olmadan edilib.

Sual: Bəs sizdə belə halların geniş yayılması barədə məlumat var?

Biz bir neçə qadınla bu haqda danışmışıq. Əhvalatları fərqlidir amma hər şey bir nöqtəyə gəlir ki, onlar xəbəri olmadan və razılıq vermədən sterilləşdiriliblər. Yerli insan haqları təşkilatları deyir ki, bu göstəriş bütün həkimlərə hökumət tərəfindən bu ilin fevral ayında göndərilib.Orada deyilirdi ki, həkimlər qadınları bu prosedura həvəsləndirməlidirlər. O vaxtdan bəri beş min qadının razılıqsız sterilləşdirilməsi ehtimal edilir. Əlbəttə, bu rəqəmlərlə ehtiyatlı olmaq lazımdır çünki onlar rəsmi deyillər. Özbəkistan olduqca repressiv və avtoritar dövlətdir. Buna görə də icazəsiz sterilləşdirmə barədə açıq müzakirə aparmaq imkanı yoxdur.

Sual: Əgər hökumət bu proseduru sadəcə tövsiyyə edirsə, onda həkimlər niyə onu qadının icazəsi olmadan həyata keçirməlidirlər?

İnsan haqları təşkilatları iddia edirlər ki, bu sərəncama gizli əlavə mövcuddur. Orada deyilir ki, hər bir həkim ayda heç olmasa iki qadını buna razı salmalıdır. Bunun bütün ölkə üzrə nə dərəcədə yer almasını təxmin etmək çətindir. Amma mən orada olarkən problemsiz bu barədə informasiyaya malik insanları tapa bilirdim.

Sual: Bəs hökumət bu iddialar barədə nə deyir? Hər şeyi təkzib edir?

Hökumət sərəncamda bu tövsiyyənin olduğunu inkar etmir. Lakin israr edir ki, heç zaman sterilləşdirmə icazəsiz və ya razılıq alınmadan həyata keçirilməyib. Hər dəfə qadın və onun ərinə məlumat verilib. Amma özbək hökumətinin belə iddiaların həqiqət olduğunu etiraf etməsi çox qəribə olardı.

Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009