Sevda Yəhyayeva: "Bizim üçün halal-harama əməl etmək daha çətindir"
Gənc müğənni "Karvan" jurnalına müsahibə verib
Sevda Yəhyayevanın "Karvan" jurnalına müsahibəsini sizə təqdim edirik.
"Xalq konsertləri" layihənizə start vermisiniz. Bu kimin təşəbbüsü idi?
- Əslində, kimin təşəbbüsü olduğunu bilmirəm. Röya və Zamiqlə
məsləhətləşib rayonlarda birgə konsert verməyi qərara aldıq. İlk
konserti Naxçıvanda, Heydər Əliyev adına Sarayda verdik. Konsert çox
gözəl şəraitdə, özü də dörd saat keçdi.
Layihə "Xalq
konsertləri" adlandığından, sözsüz ki, pulsuz oldu. Çox gözəl. Bəs nə
üçün sel basmış rayonlara getmədiniz? Onların maddi tələbatları təmin
olunur, amma yaxşı olardı ki, çadırlarda belə konsertlər verib tək
olmadıqlarını onlara hiss etdirəydiniz.
- Bu işdə mən tək deyiləm, gərək birlikdə qərar qəbul olunsun. Amma İnşallah, bu rayonlarda da konsertlər verəcəyik.
Bir nümunə kimi, Zülfiyə xanımı ideal götürmüsünüz. O, şəxsi həyatı barədə məlumat verir. Amma siz…
- Zülfiyyə xanım artıq neçə illərdir ki sənətdədir və onun deməyə sözü
var. Mən qalmaqaldan uzaq olmağa çalışıram və bunu heç sevmirəm. Efirə
çıxıb kiminsə saçını yolub gündəmdə qalmaq olmur. Əgər mənim səsim,
sənətim və az da olsa, pərəstişkarlarım varsa, bu mənə bəsdir.
Son vaxtlar şou-biznes aləmində ailə quranlar, ərə gedənlər çoxalıb. Bəs Sevda xanım ailə qurmaq fikirində deyil?
- Hələ ki belə fikirim yoxdur. Konservatoriyanın ikinci kurs
tələbəsiyəm, hələ qarşıda üç il var, görüləsi işlərim var. İnşallah,
onları həyata keçirəndən sonra bu barədə də fikirləşəcəyəm. Əgər bu
barədə hər hansı bir fikrim olsa, ilk növbədə, sizə xəbər verəcəyəm.
Sənətiniz göz qabağındadır, bəs sizi sənətçi bolluğu narahat etmir?
İndi daş atırsan müğənniyə dəyir. Bu qədər çoxluq zövqlərin
zəifləməsinə səbəb olmur? Axı onların hamısı istedadlı ola bilməz.
- Xeyr, sənətçilərin çox olmasının ziyanı yoxdur, belə olan halda
tamaşaçıların seçim imkanı da çox olur. Düzdür, bir çoxları zümzümə
etməyə başlamaqla sənətə gəlir, ifa etdikləri mahnıların hansı muğam
üzərində və hansı tonallıqda oxunduğunu bilmir. Bəlkə də başqa
sahələrdə onlar daha artıq müvəffəqiyyət qazana bilərdilər. Amma özləri
bilə-bilə vaxtlarını hədər yerə sərf edirlər.
"Yeni Ulduz" layihəsi sizin kimi çox müğənnilər yetirib. Çəkdiyiniz zəhmət öz yerində. Sizcə, bu işdə bəxtiniz gətirib?
- Allahdan çox razıyam, bu işdə çox zəhmət çəkmişəm və deyə bilərəm ki,
doğrudan da kim zəhmət çəkirsə, mütləq onun bəhrəsini görməlidir.
Sizcə, müsəlman qadını ərini necə xoşbəxt edə bilər?
- Mənə elə gəlir ki, öz abır-həyası, ismət və əxlaqı ilə. Hər zaman
fikirləşməlidir ki, öz rəftar və davranışları ilə onun adını uca
tutmalıdır.
Halal-harama necə, riayət edə bilirsiniz?
- Məncə, sənət adamları üçün halal-harama riayət etmək daha çətindir.
Xüsusilə indiki zamanda. Mümkün olsa da, çox çətindir. Hər halda mümkün
olmasaydı, bir çox dəyərli insanlarımız buna riayət edə bilməzdi.
Düzdür, deyirlər, dinimizə görə, oxumaq olmaz, amma qurban olum Allaha,
nə bilim… Mən bu barədə danışmaqdan qorxuram.
Nədən çox peşman olursunuz?
- Ümumiyyətlə, mən heç bir şeydən peşman olmuram və hələ şükür Allaha bu vaxta qədər olmamaşım da.
Yuxularınız çin çıxır?
- Düzünü desəm, gördüyüm yuxular yadımda qalmır, bir də ki, belə
şeylərə inanmıram. Allahdan başqa heç bir şeyə inanmıram. Ən böyük
Allahdır! Nə bilim, bəzən göz dəyməmək üçün gözmuncuğu taxırlar… Bunlar
hamısı boş şeylərdir.
Həyatda və sənətdə ən yaxın dostunuz kimdir?
- Həyatda ən yaxın dotum anamdır, sənət dostlarıma gəldikdə, Röya ilə
Zamiq və bəstəkar-müğənni Nazimdir. Mən onları çox sevirəm.
Şərh yaz


Çap et
Dosta yolla



























