Hüseynbala Əliyev haqqında film çəkilir

Tarix: 25.06.2010 10:19:02       Oxunub: 77
“Salnamə” sənədli filmlər studiyası Sankt-Peterburqun “Lennauçfilm” studiyası ilə birgə II Dünya Müharibəsində qəhrəmanlıqlar göstərmiş Hüseynbala Əliyev haqqında sənədli film çəkir.

Salnamə studiyasından Lent.az-a verilən məlumata görə, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina İvanovna Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmovdur.

Məlumatda bildirilib ki, film sənədli olsa da, bədii səhnələrlə zəngindir. Əsas qəhrəmanın uşaqlıq və gənclik dövrünü Sankt-Peterburq aktyorları canlandıracaq. Çəkilişlər hər iki şəhərdə aparılır. 2 dildə olacaq filmin rus variantı iyulun axırı, Azərbaycan variantı avqustda tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Hüseynbala Əliyev 1918-ci ildə Bakıda anadan olub. Leytenant Hüseynbala Əliyev Leninqrad səmasında 10-a qədər faşist təyyarəsini məhv edib. Müharibə başlayandan 17 gün sonra Nizino şəhərində qəhrəmancasına həlak olub. Hüseynbala Əliyev Lenin ordeni ilə təltif edilən ilk qəhrəmandır.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Arxiv

Fransada Ədilə Əliyeva adına piano müsabiqəsi keçirilib
Xanım pilot çılpaq şəkillər çəkdirib
Musiqili Komediya Teatrının repertuarı
Bu qızlar "Manga"nı yeyəcəkmi?
II Beynəlxalq Uşaq Muğam Festivalının seçim turu keçirilib
Aysel Teymurzadə futbol azarkeşi imiş
Aysel Teymurzadə azarkeşlər üçün oxuyacaq
Bakıda F.Şopen adına festivalın açılışı oldu
Nazpəri Dostəliyeva Gürcüstanda konsert verəcək
AZƏRBAYCANIN CƏNUB BÖLGƏSİNDƏ 387 AIDS DAŞIYICISI VAR
"Azərbaycan şou-biznesində yaraşlıqlı kişi yoxdur!"
“MaNga” qrupu Azərbaycana gələcək
“Bakustic Jazz” Tacikistana gedir
Daha bir türk sənətçisi Bakıdadır
Elnarə "Türkvision" Mahnı Festivalına hazırlaşır

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009