Qırğızıstan olayları bölgə sabitliyinə təhlükə yaradır

Tarix: 26.06.2010 09:20:23       Oxunub: 31
Zorakılıq hadisələrinin üstündən 2 həftə keçsə də belə, Qırğızıstandakı vəziyyət qeyri sabit olaraq qalır. Qırğızstanın müvəqqəti hökuməti Bazar günü, iyunun 27-nə referendum təyin edib.

Tənqidçilər deyir ki, hətta referendumun nəticəsi müvəqqəti hökümətin istəyi kimi olsa da belə, bu böhranı aradan qaldırmayacaq. Digərləri isə xəbərdarlıq edir ki, Qırğızıstandaklı qeyri-sabitlik digər qonşu ölkələrə də yayıla bilər.

Son bir neçə həftə ərzində Qırğızıstandan on minlərlə insan ev-eşiksiz qaldı, yüzlərlə adam öldürüldü, neçə-neçə insan həyatı puç oldu. Bu yaraların sağalması üçün hələ nə qədər vaxt lazım olacaq.

Olayların kökləri

Mərkəzi Asiya üzrə tanınmış ekspert, Karneqi Araşdırmalar Mərkəzinin professoru Marta Bril-Olkottun firkrincə, Qırğızıstandakı iğtişaşların kökündə etnik münasibətlərdən daha çox dövlətin dağılması olmuşdur. O həmçinin hesab edir ki, həmin zorakılıqlarla bağlı müstəqil beynəlxalq təhqiqat yaxşı olardı:

 Hər iki millət inamı itirmiş olub. İndi qorxu içində yaşayan insanlara bunu bildirmək lazırmdır ki, beynəlxalq alm onları yaddan çıxarmayıb, onların halına biganə qalmayıb
 
Lord Waverley, Britaniya parlamenti nəzdində Mərkəzi Asiya üzrə Bütün Partiyalar adlı qrupun sədri.

“Məncə, bu hadisələrin köklərini müəyyən etmək mühümdür. Ölkədə millətlərarası münasibətlərin düzəlməsi və hökumət təsisatlarının normal fəaliyyət göstərməsi lazımdır. Mən, beynəlxalq təhqiqatın başlanılmasının tərəfdarıyam”.

Britaniyadakı Exeter universitetindən doktor John Hithershow Qırğızıstan böhranın son 7-8 ilin kulminasiyası olduğunu hesab edir:

“Biz bu ölkədə zoraılıqla müşaiyyət olunan iki hökumət dəyişməsinin şahidi olduq. Birincisi - 2005-ci ildə baş verdi. O ilin hökumət dəyişməsi siyasi səriştə böhranına, qeyri-müəyyənlik və qeyri təhlükəsizlik ab-havasına gətirib çıxarmışdır. Məhz bu amillər Oş hadisələri üçün zəmin yaratmış və nəticədə etnik toqquşmalara gətirmişdir.”

Beynəlxalq yardım

Beynəlxalq yardım agentlikləri və insan haqları təşkilatları beynəlxalq sabitləşdirici missiyanın yaradılmasına çağırırlar. Britaniya parlamenti nəzdində Mərkəzi Asiya üzrə Bütün Partiyalar adlı qrupun sədri, Lord Veyverli:

“Qırğızıstandakı humanitar böhran həm faciəvi, həm təcilidir. Və bu böhran nə Qırğızıstanın özü üçün, nə də ki bölgədəki təhlükəsizlik üçün yaxşı deyil. Hər iki millət inamı itirmiş olub. İndi qorxu içində yaşayan insanlara bunu bildirmək lazırmdır ki, beynəlxalq alm onları yaddan çıxarmayıb, onların halına biganə qalmayıb.”

Bölgə sabitliyinə təhlükə

Amerikada mənizllənən Avrasiya Demokratiya Təşəbbüsü adlı beynəlxalq qeyri-hökumət təşkilatının şərhçisi Peter Zalmayev deyir ki, Qırğızıstandakı qeyri-sabitlik, potensial olaraq, bütöv Fərqanə Vadisində problem yarada bilər:

  Özbəkistanda Oş hadisələri ilə bağlı hiddət hissləri var. Prezident Kərimov ehtiyyat edir ki, bu hiddət hissləri, bumeranq kimi, onun özünə qarşı, onun hakimiyyətinə qarşı yönələcək. Belə ki, bu, Özbəkistan üçün olduqça ciddi sabitsizləşdirimə amilidir
 
Peter Zalmayev , Avrasiya Demokratiya Təşəbbüsü Araşdırma Mərkəzi

“Prezident Karimov yüz minlərlə qaçqının Özbəkistana gəlməsinə yol versə də, həmin qaçqınlara yardım göstərən beynəlxalq agentliklərlə görüşsə də, sadə fakt budur ki, o, vəziyyəti tam nəzarət altında saxlayır. Özbək mediası bu hadisələri çox az işıqlandırır. Onlar, həmin hadisələrin millətlər-arası aspektini şərh etmir. Bununla belə, Özbəkistanda Oş hadisələri ilə bağlı hiddət hissləri var. Özbəkistanda yaşayan qırğızlara qarşı qissas çağırışları səslənib. Prezident Kərimov ehtiyyat edir ki, bu hiddət hissləri, bumeranq kimi, onun özünə qarşı, onun hakimiyyətinə qarşı yönələcək. Belə ki, bu, Özbəkistan üçün olduqça ciddi sabitsizləşdirimə amilidir".

Lakin professor Marta Bril-Olkot hesab edir ki, Özbəkistan və bu onun lideri bu böhrandan çox yaxşı çıxa biliblər. Onun dediyinə görə, prezident Kərimov həm öz əhalisi gözündə, həm də onu Əndijan hadisələrindən sonra tənqid edən beynəlxalq birliyin gözündə müəyyən xallar qazandı. Halbuki, deyir Professor, əsl vəziyyət bir qədər sonra aydınlaşacaq:

“Özbək tərəfi öz ərazisinə qadın, uşaqları, qocalar və xəstələri buraxıb. Kişilər hələ o qədər də buraxılmır. Özbəkistan hökuməti ondan narahatdır ki, Qırğızıstanda din qanunları o qədər də sərt deyil, belə ki, qaçqınlar arasında Özbəkistanda qadağan olunmuş dini təşkilatlara mənsub şəxslər ola bilər və bu, Fərqanə vadisində əhali arasında dindarlıq dərəcəsi baxımından dinamikanı poza bilər. Yəni, belə düşünürəm ki, ailələrin qovuşması məsələsi ilə bağlı bu amillər ortaya çıxa bilər”.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009