Qori şəhərində Stalinin abidəsi sökülüb

Tarix: 26.06.2010 09:21:10       Oxunub: 33
Heykəlinin şəhər mərkəzindən yığışdırılmasına dair qərar çıxaran yerli hakimiyyət, rəhbərin heykəlinin onun ev-muzeyi həyatında qoyulacağını bildirib.

Abidənin sökülməsi vaxtı şəhərin mərkəzi meydanı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən mühasirəyə alınmışdır, - deyilir BBC müxbirinin bölgədən göndərdiyi xəbərində.

Yerli telekanalının jurnalistləri abidənin sökülməsi və ona şəhər sakinlərinin reaksiyasını lentə köçürməyə cəhd etsələr də, buna polis imkan verməyib.

"Stalinin abidəsi Qoridə qalacaq və muzeyin qarşısında qoyulacaq", - deyib Qori Şəhər Məclisinin sədri Zviad Xmaladze. - Stalinin abidəsi sökülən meydanda Rusiya ilə 2008-ci il müharibəsində həlak olmuş qəhrəmanların şərəfinə adlanacaq".

Gürcüstan hakimiyyəti mərkəzi meydandan Stalinin abidəsini götürməyi çoxdan planlaşdırırdı, ancaq əksər şəhər sakinləri buna qarşı çıxırdı. Bununla belə Qoridə bir çoxları hələ də öz həmyerliləri ilə fəxr edirlər.

1952-ci ildə ucaldılan Stalinin altı metirlik abidəsi Qorinin əsas görməli yeri idi.

Gürcüstan lideri Baltik dövlətləri həmkərlarının və Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun nümunəsi üzrə Tbilisidə Sovet İşğalı muzeyi yaradıb və "Böyük Vətən müharibəsində" həlak omuş əskərin abidələrini dağıtmağı əmr edib.

Şərhçilər Stalinin abidəsi ilə bağlı addımı totalitar keçmişin şöhrətləndirilməsinə qarşı mübarizənin elementlərindən yalnız biri olduğunu deyirlər.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009