Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
Ermənistan da öz namizədliyini irəli sürsə də üzv seçilə bilməyib
22-24 iyun tarixində Fransanın paytaxtı Parisdə YUNESKO-nun Baş
Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın
iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
sessiya zamanı Konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək,
üzv dövlətlər tərəfindən edilmiş dəyişiklikər müzakirə edilib. Eyni
zamanda sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə
Hökumətlərarası Komitəyə 12 yeni üzv seçilməsi ilə bağlı seçki
keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının YUNESKO
yanında Daimi Nümayəndəliyi, eyni zamanda Azərbaycan Respublikası
Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyevanın
rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.
Komitəyə üzvlüyə səsvermə zamanı Azərbaycan Respublikası 72 səslə komitənin üzvü seçilib.
Ermənistan da öz namizədliyini irəli sürsə də səsvermə zamanı cəmi 19 səs toplayıb və üzv seçilə bilməyib.
Qeyd etmək istərdik ki, sözügedən komitənin üzvləri hər il YUNESKO-ya
təqdim olunan qeyri-maddi irs nümunələrinin namizədlik fayllarını
nəzərdən keçirir və rəylərini bildirirlər. Komitəyə seçilmək
Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, beynəlxalq mədəni
proseslərdə fəal rolunu bir daha nümayiş etdirdi.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması
və YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlər
ölkəmizin belə bir mötəbər Komitəyə üzv seçilməsinə səbəb olub.
Hazırda Azərbaycan muğamı, Açıq sənəti, Novruz bayramı UNESKO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısındadır,
Azərbaycan xalça sənətini daxil edilməsi bu il gözlənilir, növbəti il
üçün isə Lahıc, Nic və Qırmızı qəsəbənin mədəniyyət məkanı adı altında
təqdim edilməsi nəzərdə tutulur.
Şərh yaz


Çap et
Dosta yolla



























