Türkiyə Konstitusiya Məhkəməsi Konstitusiyaya dəyişikliklə bağlı qərarını açıqladı

Tarix: 08.07.2010 10:14:25       Oxunub: 19
Türkiyə Konstitusiya Məhkəməsi, Türkiyə Respublikasının Konstitusiyasının bəzi maddələrinə dəyişiklik edilməsi haqqında qanunun bəzi maddələri istisna olmaqla, ümumilikdə dəyişikliklərin referenduma çıxarılmasına mane olmamaq barədə qərar çıxarıb. Qərarı Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç təşkil etdiyi mətbuat konfransında açıqlayıb və suallara cavab verib.

Beləliklə, 2010-cu il sentyabrın 12-də Türkiyədə Konstitusiya dəyişiklikləri paketi üzrə referendum keçiriləcək. Konstitusiyaya dəyişikliklər hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası tərəfindən irəli sürülüb. Cümhuriyyət Xalq Partiyası isə (CHP) Konstitusiya dəyişikliyi paketinin bəzi maddələrinin ləğvi və qüvvəsinin dayandırılması istəyiylə Konstitusiya Məhkəməsində iddia açmışdı.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində 3 həftəlik gərgin müzakirə və mübahisələrdən sonra Konstitusiyanın 25 maddəsinə dəyişiklik edilib. Türkiyənin indiki konstitusiyası hərbi çevrilişdən iki il sonra - 1982-ci ildə qəbul olunub. Bu konstitusiyanın dəyişdirilməsi ətrafında müzakirələr 1990-cı illərdən başlayıb.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009