"Aclar" finalı

Tarix: 08.07.2010 11:54:36       Oxunub: 55
Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatının qalibi indiyə qədər çempion ola bilməyən ölkənin yığma komandası olacaq. 

Iyulun 11-də keçiriləcək final matçında Hollandiya ilə İspaniya qarşılaşacaq. 

İyulun 7-də Durban şəhərindəki “Moses Mabhida” stadionunda baş tutan ikinci yarımfinal görüşündə İspaniya yığması Almaniyanı məğlub edib – 1:0. Baş məşqçi Visente Del Boskenin komandası oyun boyu daha üstün təsir bağışlayıb və qələbə topunu 73-cü dəqiqədə vurub. Künc zərbəsindən sonra müdafiəçi Karles Puyol başla topu rəqibin qapısından keçirib. 

Bununla da, İspaniya millisi 2008-ci il Avropa çempionatının finalında olduğu kimi, dünya çempionatının yarımfinalında da Almaniyanı minimal hesabla yenib. Tarixində ilk dəfə finala yüksələn pireneylilərin rəqibi indiyədək iki dəfə bu həyəcanı yaşayan, amma dünya çempionu ola bilməyən Hollandiya yığması olacaq. Həmin görüşdə qələbə qazanan ölkə tarixində ilk dəfə mundialın qalibi adını qazanacaq. 

İndiyədək Braziliya 5, İtaliya 4, Almaniya 3, Argentina və Uruqvay hərəyə 2, İngiltərə və Fransa isə hərəyə 1 dəfə dünya çempionu olublar. Yeni dünya çempionu bu sıraya qoşulan 8-ci ölkə sayılacaq. Eyni zamanda, ilk dəfə “köhnə qitə” təmsilçisi başqa qitədə dünya çempionu adına sahib çıxacaq. Bununla da Avropa və Cənubi Amerika ölkələri arasında dünya çempionluğu sayındakı bərabərlik birincilərin xeyrinə dəyişəcək – 10:9. 

İyulun 10-da keçiriləcək 3-cü yer uğrunda qarşılaşmada isə Almaniya Uruqvayla üz-üzə gələcək. 
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Arxiv

Mundialın ən yaxşı futbolçusu kim olacaq?
Hollandiya yığmasının azarkeşlərinə şok xəbər
Kasilyas tarixə düşdü
Mundial göz yaşları
Aryen Robbenin arzusu
Braziliya çempionluq yolunda
“Fənərbaxça” Kristof Daumu yola saldı
Bu gün Dünya Çempionatında qrup mərhələsi başa çatır
Tennis tarixində ən uzun matç sona çatdı
Dünya çempionatında ilk darmadağın
Qadağan oluna bilən vuvuzelalar haqda 10 maraqlı məlumat
Mundialda ikinci oyun günü start götürür
Futbolun gözəllikləri
Futbol üzrə Dünya Çempionatı 2010
“Fənərbağça”: 1 - “Qalatasaray”: 0

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009