Bakıda qadın özünü Qız Qalasından atdı
Tarix: 09.07.2010 15:31:43
Oxunub: 47
Bu gün saat 12.30 radələrində Bakının Səbail rayonunda qadın özünü Qız
Qalasından aşağı atıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata
görə, naməlum qadın təqribən 40-45 yaşlarındadır. Hadisənin intihar
olub-olmaması məlum deyil. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə tibbi yardım maşını yollanıb.
****
Bu gün günorta saatlarında özünü Qız Qalasından ataraq intihar edən qadının şəxsiyyəti məlum olub. Səbail Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, intihar edən qadın Qax rayon sakini 46 yaşlı Dəstəgül Əsədulla qızı Hacıyevadır.
Onun özünü öldürməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Şərh yaz


Çap et
Dosta yolla



























