Elza Seyidcahanın ad gününə Bəstəkarlar İttifaqından qiymətli hədiyyə

Tarix: 09.07.2010 15:36:24       Oxunub: 36

Bəstəkar-müğənni Bəstəkarlar İttifaqına üzv seçilib

Əməkdar artist, bəstəkar - müğənni Elza Seydicahan dünən növbəti doğum gününü qeyd etdi. Ad günü ilə bağlı təəssüratlarını ANS PRESS-lə bölüşən müğənni ən qiymətli hədiyyəni Azərbaycan Bəstəkarlar İttifaqından aldığını bildirdi: "Zəng vurub dedilər ki, təbrik edirik, səni İttifaqa üzv seçmişik. Xüsusi komissiya əsərlərimi dəyərləndirib və yekun qərara əsasən mən Bəstəkarlar İttifaqına qəbul olunmuşam. Bundan qiymətli ikinci hədiyyəni təsəvvür edə bilmirəm".

"Yaratdığınız imkandan yaralanaraq, başda Azərbaycanın xalq artisti, görkəmli bəstəkarımız Firəngiz xanım Əlizadə olmaqla, İttifaqın bütün kollektivinə dərin minnətdarlağımı bildirirəm. Söz verirəm ki, mənə göstərilən bu etimadı bundan sonrakı yaradıcılığımda da lazımınca doğruldacağam", deyə Elza Seyidcahan əlavə edib.

Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009