Paytaxtda videonəzarət sistemləri quraşdırılacaq (Siyahı)

Tarix: 09.07.2010 15:37:47       Oxunub: 41

Bununla bağlı Naizrlər Kabineti 31 saylı qərar qəbul edib

Bakıda əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemləri yaradılacaq. Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 iyul 2010-cu il tarixində 131 saylı qərar verib.

Sənəddə göstərilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edib.

Baz nazir Artur Rasizadənin imzası ilə qəbul edilmiş qərarda deyilir ki, əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri bir sıra yerlərdə və obyektlərdə quraşdırılsın.

Sənəddə nəzarət sisteminin quraşdırılacağı yerlər sıralanıb.

1.1. əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən:

- parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə;

- stadionlarda və idman arenalarında;

- böyük ticarət və əyləncə mərkəzlərində;

- mehmanxanaların yaxınlığında;

- məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında;

1.2. obyektlərdə, o cümlədən:

1.2.1. nəqliyyat infrastrukturlarında:

- yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda;

- yol ötürücülərində və körpülərdə;

- avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında;

- dəmir yolu və metro stansiyalarında, platformalarında;

- avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında;

- sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində;

1.2.2. Azərbaycan Respublikasının icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında;

1.2.3. həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında;

1.2.4. mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında;

1.2.5. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında;

1.2.6. təhsil müəssisələrinin yaxınlığında;

1.2.7. bütün taksofon aparatlarının bilavasitə yaxınlığında.

Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009