“Kurtlar Vadisi”nin “Zaza dayı”sına gerçək narkotik ittihamı!

Tarix: 09.07.2010 15:41:23       Oxunub: 45
Aktyor polisə ifadə verəcək

İstanbul polisi narkotik vasitələrin satışı ilə bağlı əməliyyat keçirib.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı aralarında “Adanalı” teleserialında Matador İsmayıl rolu ilə tanınan Ayhan Eroğlu da daxil olmaqla, 11 nəfər saxlanılıb.

Saxlanılanların 5-i qadındır. Əməliyyat zamanı saxlanılanların evlərindən 35 kiloqram həşiş və 5 kilo kokain götürülüb. Şəbəkənin Diyarbəkirdən gətirdiyi narkotik vasitəni İstanbulun lüks səmtlərində müştərilərə çatdırmağı planlaşdırdığı bildirilib.

Narkotik vasitənin tanınan menecerlərin vasitəsi ilə paylanmasının nəzərdə tutulduğu məlum olub. Ayhan Eroğlunun həm narkotik vasitədən istifadə etdiyi, həm də narkotik vasitədən istifadə üçün başqalarına yer təmin etdiyi iddia olunur.

İstanbul polisi əməliyyat zamanı “Kurtlar Vadisi”ndə Zaza Dayı obrazı ilə məşhurlaşan Ali Sürmelinin Beşiktaş rayonundakı evində də axtarış aparıblar, ancaq hər hansı narkotik vasitə aşkarlanmayıb. Narkotik vasitədən istifadə etdiyi iddia edilən Ali Sürmelinin ifadə vermək üçün polis şöbəsinə çağırıldığı, qarşıdakı günlərdə bir çox tanınmış insanların ifadəsinin alınacağı açıqlanıb.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009