11 qadını öldürən “Yatmış fəlakət” yaxalandı

Tarix: 09.07.2010 15:43:05       Oxunub: 40
25 ildir polisdən qaçan manyakı pizza dilimi ələ verib

ABŞ-da uzun illərdir axtarışda olan manyak-qatil həbs edilib.

Trt.net.tr” saytının Azərbaycan versiyasının verdiyi məlumata görə, 11 qadını öldürən manyakın həbsinə səbəb olan ip ucları onun oğlu və bir dilim pizza olub.

Qeyd edək ki, “Yatan fəlakət” ləqəbli, Lonni Franklin adlı qatil ABŞ-da 1985-ci ildən bəri 11 qadını öldürüb. Los-Anceles polisi Franklinin qurbanlarının üzərində buraxdığı DNT nümunələrini əldə etsə də, bu dəlillər illərlə heç bir işə yaramayıb. Qadınların kabusu halına gələn qatil düz 25 il polisdən qaçmağı bacarıb. Ən son cinayətini 2007-ci ildə törədən qatilin həbsinə oğlunun tutulması səbəb olub.

Los-Anceles polisi əlindəki DNT nümunəsini əyalət həbsxanalarındakı məhkumların nümunələri ilə tutuşdurub. Qatilə məxsus olan DNA nümunəsi yeni məhkumunkuna bənzədiyi zaman polis ailə üzvlərini izləməyə alıb.

Lonni Franklinin yemək yediyi restoranda ofisiant qiyafəsində çalışmağa başlayan polis qatilin toxunduğu hər şeyi ələ keçirməyə çalışıb. 25 ildir polisdən qaçan Franklini bir dilim pizzada tapılan DNT nümunəsi ələ verib. Onun həbsi Amerikada DNT nümunələrinin cinayət işlərində dəlil kimi qəbul edilib-edilməməsi haqda diskussiyaları da gündəmə gətirib.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009