41 dərəcə isti gözlənilir
Tarix: 09.07.2010 15:43:46
Oxunub: 36
Növbəti üç günün hava proqnozuİyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.
İyulun 11-də hava şəraitinin günəşli keçəcəyi, şimal küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
İyulun 12-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi Şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə təşkil edəcək.
11-12 iyulda hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 36-40 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-23 dərəcə isti təşkil edəcək.
İyulun 9-12-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 36-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 29-34 dərəcə, Abşeron yarımadasında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.
Şərh yaz


Çap et
Dosta yolla



























