Əhmədinejadın bacısı oğlu türk qızla evlənir

Tarix: 13.07.2010 15:51:18       Oxunub: 26
İran prezidenti Mahmud Əhmədinejadın bacısı oğlu Əli Rıza və Türkiyə vətəndaşı Məsumə Onurşan evlənməyə qərar veriblər.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, toy mərasimi yaxın vaxtlarda İstanbulda baş tutacaq.


Rəhmi Onurşan qızı Məsumə Onurşanın 2008-ci ildə Tehran Universitetində təhsil aldığı vaxt Əli Rıza ilə tanış olduğunu söyləyib: “Bizə evlənmək istədiklərini bildirdilər, biz də bu istəyi hörmətlə qarşıladıq. Əli Rıza az əvvəl anası Pərvin Əhmedinejad ilə birlikdə İstanbula gəldi və onlarla tanış olduq, evlənmələrinə razılıq verdik. Toy çox yaxın vaxtlarda İstanbulda olacaq”. 
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009