Azərbaycanlı müğənni qısa zamanda ikinci “Vağzalı”nı çaldırdı

Tarix: 13.07.2010 16:00:51       Oxunub: 74
Bir ay öncə səssiz-sədasız 3 illik həyat yoldaşından ayrılan müğənni Samir Piriyev iyulun 12-də şəhər restoranlarının birində ikinci dəfə özünə toy çaldırıb.

Piriyev bu dəfə “Space” telekanalında yayımlanan “Bazar” verilişinin müxbiri Anara Fətəliyeva ilə ailə həyatı qurub. 

Anara üçün birinci dəfə olsa da, Samir ikinci dəfə “Vağzalı” sədaları altında qapıdan içəri girib. Cütlük toy boyu olduqca xoşbəxt görünüb.

Qeyd edək ki, müğənnilərin son illərdə toyu işıqlandırmamaq üçün adət halını alan mətbuata qadağa ənənəsi bu dəfə aktuallığını itirib. Müğənni hətta gözətçilərə toyu işıqlandırmaları üçün jurnalistlərə mane olmamalarına göstəriş verib. Məclisi Murad Arif və müğənni Ayaz Qasımov idarə edib. 

Qeyd edək ki, əvvəlki toydan fərqli olaraq bu dəfə müğənninin toyunda həmkar dostlarının azlıq təşkil edib. Mətanət İsgəndərli, Rəqsanə, Nadir Qafarzadə, Emil Bədəlov, Ramal, Elçin Hüseynov, Elariz, Hüseyn Dərya, Nura Suri, Xəyyam Nisanov, rəqqasələr Məryəm və başqa sənətçilər, klipmeyker və şoumenlər toyun iştirakçılarının sırasında olublar. Norveçdə olan Alim Qasımovla müğənni Birilliant Dadaşova toya telefonla bağlanaraq cütlüyü təbrik ediblər. 

Toyu zənginləşdirən maraqlı elementlərdən biri Anaranın həyat yoldaşına hazırlatdırdığı slayd-şou olub. Slayd-şouda tədbirlərin birində tanış olan ikilinin tarixçəsi işıqlandırılıb. 
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009