Oyun
Tarix: 14.07.2010 13:10:17
Oxunub: 41
Qəribədi, azərbaycanlı
məmurlar xalqa ümidli vədlər verərək Qarabağ probleminin yaxın
zamanlarda həll olunacağını və bir çox rayonun ermənilərdən azad
ediləcəyini söyləsələr də, erməni tərəfi əksini deyir. Məsələn, ötən
həftə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib ki, hər
iki ölkənin XİN-ləri 16-17 iyulda Alma-Atada Kəlbəcər və Laçından erməni
ordusunun çıxarılmasını müzakirə edəcək. Söhbət Azərbaycan və
Ermənistan arasında olan dəhlizin təmizlənməsindən gedir.
E.Məmmədyarov ağzının sözünü qurtarmamış erməni tərəfdən reaksiya gəldi. Ermənistan XİN-in müavini Şavarş Koçaryan bildirdi: “nə qədər ki, Azərbaycan Qarabağın statusunu qəbul etməyə razılaşmır, hər hansı ərazidən gücləri çıxarmaq olmaz”. Adam birmənalı şəkildə olmaz, ola bilməz, belə şey baş verə bilməz deyir. Və üstəlik əlavə olaraq deyir ki, Azərbaycan xarici işlər naziri Sankt-Peterburqdakı görüşdə əldə edilmiş razılaşmadan danışmaq əvəzinə, özünün əsassız arzularını real keyfiyyətdə təqdim etməyə davam edir.
Məncə, Qarabağ məsələsi artıq öz ciddiliyini itirib. Verilən hansısa vədə, deyilən hansısa sözə inanmaq mümkün deyil. Sanki şou-biznes xarakteri daşıyır. Azərbaycan məmurları bir söz deyən kimi ermənilər bir az dozasını artırıb başqa, davalı bir söz deyillər. Ya da əksinə olur. Erməni məmurları Qarabağla, Azərbaycanla ilgili informasiya verən anda, məmurlarımız qarşı tərəfi ağ yuyub, qara sərir. Artıq elə bir vəziyyət yranıb ki, siyasi jurnalistlər də buna alışıb və bundan ləzzət alırlar. Iki tərəfdən biri bir söz deyən kimi, həmən qarşı tərəfin reaksiyasını öyrənməyə can atırlar. Və beləcə davam edir Qarabağ problemi. Davam edir və uzanır. O zamanadək uzanacaq ki, bu məsələni uzun müddətdir çözə bilməyənlər rolu və yeri yeni ideyalı, inadlı şəxslərə verəcəklər.
Ziyalı və yaltaq
Rüstəm Behrudi mənim üçün müəmmalı insandı. Nə zman harada yəni, şərin, yoxsa xeyrin yanında (tərəfində) olduğu bəlli deyil. Buna baxmayaraq, bir çox gənc kimi onu qaralamaq fikirində deyiləm. Şairin ortaya qoyduğu mövqeyə, söylədiyi fikirə görə haqqını vermək lazımdı. Əgər insan deyirsə ki, “Camaatın əlindən var dövlətini almaq, mülkünü başına uçurmaq dəhşətdir və bunun dünyada analoqu yoxdur. Əslində ziyalılar iqtidar-müxalifət söhbətini kənara qoyub ağsaqqal kimi bu vəziyyətə müdaxilə etməlidirlər. Bunu dövlət qarşısında qaldırmalıdırlar ki, hərc-mərclik baş almasın, aşağı təbəqənin haqqı yeyilməsin. İndi ziyalılar bu işə nə qədər qoşulurlar məsələsini siz də, mən də yaxşı bilirəm. Azərbaycan ziyalısı ələ baxmağı öyrənib, qorxaqdır. Mən bir kitabda yazmışam ki, kişinin başına nə gəlirsə qorxaqlıqdan gəlir. Əsl ziyalı da elə kişi olmalıdır. Qorxaq adam isə yaltaq olur. Azərbaycan ziyalısı əslində qorxaq olduğundan yaltaq olur. Yaltaq adam isə sonda əclaf olmalıdır. Bir ölkədə bir kişini çörək imtahanına çəkərsənsə ondan heç vaxt ziyalı çıxmaz. Və onun sözünü də heç kim eşitməz. Bu mənada bizim ziyalılarımız pis gündədir. Bütün hallarda qayıdıb bu prosesə qoşulmağı, haqlının yanında durmağı dəstəkləyirəm” (sitat “Bizim Yol” qəzetindəndi) – o zaman onu keçmişinə görə, indiyədək susmağına görə ittiham eləməyə dəyməz. Bəlkə indən belə dili açılacaq və şərə qarşı mübarizədə yaltaqlıq etməyərək xalqla birlikdə olacaq?! Və bir çoxları da öz vicdanlarının səsinə qulaq asıb, Rüstəm Behrudinin müsahibəsini oxuyub ona qoşulacaq və xalqın tərəfində olacaq?! Kim bilir, Azərbaycanda hər şeyi gözləmək mümkündü.

Şərhlər (4)
ELCIN - 23.08.2010 09:39:48
GTNIU,MIO
GTNIU,MIO
ELCIN - 23.08.2010 09:39:28
VAQON
VAQON
ELCIN - 23.08.2010 09:39:11
GTNIU,MIO
GTNIU,MIO
ELCIN - 23.08.2010 09:38:57
GTNIU,MIO
GTNIU,MIO
Şərh yaz
Seymur Əlioğlu
Müəllifin arxivi

Çap et
Dosta yolla