Azərbaycanın müdafiə qüdrəti gücləndirilir

Tarix: 29.07.2010 10:01:37       Oxunub: 25
Rusiya Azərbaycana 2 divizion S-300 PMU-2 “Favorit” zenit-raket kompleksi satacaq. AMGport.com-un “Vedemosti” qəzetinə istinadən verdiyi məlumata görə, raketlərin qiyməti 300 milyon dollardır.

Qəzet məlumatı müdafiə sənayesi müəssisəsinin top-meneceri və zavodlardan birinin menecerinə istinadən yayıb. Onlar bildiriblər ki, müqavilə ilə bağlı öhdəlik yaxın 2 il ərzində yerinə yetirilə bilər. “Vedemosti” yazır ki, məlumat hələlik rəsmən təsdiq olunmayıb. Həm “Rosoboroneksport”, həm də Azərbaycan rəsmi dairələri şərh verməkdən imtina edib.

Qeyd edək ki, S-300 raketləri hər ölkəyə satılmır. Bir müddət öncə Rusiyanın İrana belə zenit-raket kompleksləri satmaq niyyəti ABŞ-ın kəskin etirazı ilə qarşılanıb. Son nəticədə Rusiya komplekslərin İrana satılmasından imtina edib. 
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009