Zafer Çağlayan viza məsələsinə toxundu

Tarix: 29.07.2010 10:04:18       Oxunub: 27
Türkiyənin dövlət naziri Zəfər Çağlayan Azərbaycana səfəri çərçivəsində Bakıda müvafiq dövlət qurumları ilə Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejiminin aradan qaldırılması istiqamətində müzakirələr aparır.

Z. Çağlayan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyənin dünyanın 62 ölkəsi ilə vizasız gediş-gəliş müqaviləsi var. Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiklərini deyən dövlət naziri Azərbaycan tərəfinin də eyni addımı atmasının müsbət olacağını söyləyib: “Bu məsələ gələn ay Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı da müzakirə ediləcək. Bu səfər çərçivəsində viza rejiminin ləğv olunacağına ümid bəsləyirəm”. 
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009