Ermənilər Qarabağda Mülki Aviasiya İdarəsi yaradıb

Tarix: 29.07.2010 10:11:49       Oxunub: 23
Ermənilər qondarma “Dağlıq Qarabağ Respublikasi”nda Mülki Aviasiya İdarəsi yaradıb.

İyulun 27-də separatçıların “baş naziri”nin əmri ilə yaradılan bu idarəyə ermənilərin tanınmış aviasiya mütəxəssisi sayılan Dmitri Atbaşyan rəis təyin edilib.

Separatçıların nəzarət etdiyi Xankəndi aeroportunun səhmlərinin idarə edilməsi də Mülki Aviasiya İdarəsinə həvalə olunub. 

“Kavkazski uzel” saytının verdiyi məlumata görə, hazırda Xankəndində ikinci aeroport tikilir. Yeni aeroportdan ilk uçuşlar cari ilin sonlarına planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa qanunsuz uçuşlara qarşı tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara dəfələrlə müraciət edib. Lakin ermənilərin Mülki Aviasiya İdarəsi yaratması ilə bağlı son addımına Azərbaycan Mülki Aviasiya Administrasiyası münasibət bildirməyib
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009